Bukmeykeri necə seçmək olar: yeni başlayanlar üçün təlim
Qanuni onlayn bukmeykerlər bazarı getdikcə böyüyür: 2019-cu ilin əvvəlinə görə 16 şirkətin Azərbaycanda İnternet üzərindən bahis qəbul etmək üçün qanuni hüququ var və onların sayı getdikcə artır. Bukmeyker necə seçilməli və onu qiymətləndirmək üçün hansı meyarlar lazımdır? Bukmeyker seçərkən çox vacib olan bir neçə amilə diqqət yetirək.
Bukmeyker seçmə meyarlarını əhəmiyyətinə görə sıralamayacağıq: kimsə ilk növbədə digər oyunçuların təcrübəsi ilə maraqlanır, bəzi oyunçulara bonusların mövcudluğu vacibdir, kimsə yüksək əmsallara görə çatışmazlıqlara barışmağa hazır olacaq. Burada göstərilən hər bir meyar kimsə üçün ən vacib olacaqdır, buna görə də onların sırası təsadüfi sayıla bilər və yalnız xüsusiyyətlərin özlərinə diqqət yetirilməlidir.
Bukmeykerin populyarlığı
Hansı bukmeykerin daha populyar olduğunu necə başa düşmək olar? Bukmeykerlər haqqında rəyləri oxuya bilərsiniz. Bu metodun pis tərəfi ondan ibarətdir ki, ancaq problem yaşayanlar həvəslə rəy yazırlar. Bu, ümumi şəklin obyektivliyini poza bilən (bəzən əhəmiyyətli dərəcədə). Buna baxmayaraq, eyni şey bir çox rəydə təkrarlanırsa, şirkətin əsas üstünlükləri və mənfi cəhətləri barədə bir fikir formalaşdırmaq olar.
Bahis həvəskarlarının profil saytlarında buraxdıqları bukmeykerlər haqqında şikayətləri də oxuya bilərsiniz. Şikayətlərin özlərindən daha çox bukmeykerlərin bu şikayətlərə reaksiyalarına diqqət yetirmək vacibdir. Legalbet-də bunu etmək asandır: ümumi siyahıdan bir bukmeyker seçirik, onun icmal səhifəsinə (Təfərrüatlar (Подробнее) düyməsinə tıklayıb) gedirik və Şikayətlər bölməsinə qədər aşağı gedirik: həm şikayətlərin ümumi sayı, həm də bukmeykerin hansılarını yerinə yetirib ( saytımızın köməyi ilə olsa da)-yetirmədiyini görə bilərsiniz.
Azərbaycanda fəaliyyət göstərən hansı bukmeykerlərinin ən çox populyar olunduğunu başa düşməyin ən asan yolu oyunçuların özləri tərəfindən tərtib edilmiş bukmeykerlərin populyarlıq reytinqinə baxmaqdır. Legalbet istifadəçiləri bukmeyker adının qarşısındakı “Oynayıram” düyməsini nə qədər çox vurdularsa, o bukmeyker daha populyar hesab olunur. Bu reytinqin obyektivliyi üçün səslərin alınması üçün xüsusi bir sistem hazırlanmışdır.
Əlbəttə ki, populyarlığın ümumi göstəricisi, obyektiv meyardan daha çox “xəstəxanadakı orta istilik dərəcəsidir”. Ancaq meyarın vacib olduğunu sübut edən ən azı iki səbəb var. Birincisi, çoxu müəyyən bir bukmeyker seçirsə bunun səbəbləri var. İkincisi, bu və ya digər bukmeyker ilə oynamağa davam edən həqiqi oyunçunun seçimindən daha obyektiv bir şey yoxdur.
Bukmeykerin etibarlılığı
Bukmeykerin etibarlılığı ənənəvi olaraq bir bukmeyker seçməyin əsas meyarlarından biri hesab olunur, lakin bu meyar subyektivdir: kimsə neçə ildir eyni saytda oynayır və kədər bilmir və eyni bukmeykerdə oynayan başqa bir oyunçu dərhal problemlər yaşayır. Əvvəla, o bukmeykerlər etibarlı sayılırlar, hansılar ki heç bir problem olmadan bütün pulları ödəyirlər, həm də bahislərin hesablanması qaydalarına ciddi əməl edirlər.
Diqqət yetirin! Bahislərin hesablanması və uduşların ödənilməsi qaydaları hər bir azərbaycanda fəaliyyət göstərən onlayn bukmeykerinin saytında verilir və bir bahis etməzdən əvvəl onlarla tanış olmalısınız – bu, bir çox hallarda sizi bukmeker şirkətinə qarşı müxtəlif iddialardan azad edəcək.
Azərbaycanda fəaliyyət göstərən hansı şirkətləri etibarlı və ya etibarsız hesab edilə biləcəyini öyrənmək üçün Legalbet Bukmeykerlərin Etibarlılıq Reytinqini hazırladı. Hər bir şirkətin etibarlılığını müəyyən etmək üçün zəruri olan əsas göstəriciləri nəzərə alan xüsusi bir düsturdan istifadə etmişik.
Bu reytinqi mümkün qədər obyektiv etmək üçün hər bir şirkətlə bağlı şikayətlərin ümumi sayını, həll olunan və həll olunmamış mübahisələrin nisbətini və bu bukmeykerin oyunçular arasında populyarlığını nəzərə almışıq.
Əmsalların ölçüsü
Əmsalların ölçüsü həm başlayanlar, həm də təcrübəli, bütün oyunçular üçün vacibdir: hər kəs mümkün qazancın ölçüsünün daha böyük olması üçün daha yüksək əmsallar arzulayır.
Qazancın ölçüsü = bahisə qoyulan pul × əmsal
Əmsalların ölçüsü bukmeyker marjasının ölçüsündən (şirkətin zəmanətli qazancının faizi) asılıdır: bu marja nə qədər aşağı olsa, oyunçu üçün əmsal daha yüksək və cəlbedici olar. Və əksinə.
Hansı bukmeykerlərin ən yüksək əmsallar təklif etdiyini hardan bilmək olar? Hər kəs eyni hadisə üçün müxtəlif bukmeykerlərin təkliflərini müqayisə edərək bunu örgənə bilər. Əlbəttə ki, proses həm səy, həm də vaxt tələb edəcəkdir. Bundan əlavə, eyni bukmeykerin məsələn futbol və tennis üçün marjanın ölçüsü (və buna görə də əmsalın ölçüsü) fərqli ola biləcəyini unutmayın. Müxtəlif turnirlərə bahis edərkən də, şübhəsiz ki, əmsallar fərqli olacaq.
Bukmeykerlərin əmsallara görə Reytinqindən istifadə edə bilərsiniz: hər şirkətin xəttindən real əmsallar çıxardıq və oyunçular əziyyət çəkməsin diyə özümüz hər bir bukmeykerin orta marjasını hesabladıq və müqayisə aydın oldu. Eyni zamanda, hansı bukmeykerlərin futbol, tennis, xokkey və basketbol üçün ən yaxşı əmsallar təklif etdiyini də görə bilərsiniz.
Mərc seçimi
Bu meyar daha çox təcrübəli oyunçular üçün vacibdir, lakin fərqlilik sevən yeni oyunçular da sadecə hadisənin nəticəsinə (komanda / atletin qələbəsi və ya heç-heçə) və onun effektivliyinə (totala) bahis verməklə məhdudlaşmak istəmirlər. Həm də elə oyunçular var ki, nisbətən daha az populyar turnirlərə bahis etməkdə əllərini sınamaq istəyirlər.
İdman tədbirlərinə (ən populyarlardan başqa) hansı bahislərin mövcud olduğunu bilmirsinizsə, sizə məlumat veririk: Bu barədə bir çox materiallar “Bahis növləri” bölməsindədir. Təzə-təzə mərc etmeyə başlayanlara və bacarıqlarını inkişaf etdirənlər üçün ən populyar bahislərdən başlamağı məsləhət görürük – hər bir bukmeyker bunları təklif edir.
Daha geniş mərc seçimi təklif edən bukmeykerləri tapmaq üçün bizim tərtib etdiyimiz Mərc seçimi Reytinqinə nəzər yetirin. Bu reytinqi hazırlayarkən, futbol, tennis, xokkey və basketbolda mərc seçimin fərqliliyinə önəm verilib.
Əhəmiyyətli olan: bahis xətti nə qədər geniş olsa, qeyri-standart hadisələr üçün bahisdə səhv ehtimalı daha yüksəkdir. Bəzi oyunçular bundan istifadə etməyə çalışırlar və açıq-aşkar yanlış əmsallara bahislər edirlər, ancaq başa düşməlisiniz ki, çox vaxt belə bahislər ya orta əmsalla, ya da 1,0 əmsalı ilə hesablanacaq (yəni bukmeyker sadəcə bahis etdiyiniz pulu qaytaracaq).
Canlı Mərc
Canlı bahislər, ya da canlı mərclər – bunları fərqli adlandırmaq olar, amma həmişə bir konsepsiyaya – matç / hadisə zamanı birbaşa bahislərə istinad ediləcəkdir. Bu cür bahisələrin xüsusiyyətlərini daha yaxşı başa düşmək istəyənlər üçün, “matç zamanı mərc (canlı)” məqaləsini oxumağı məsləhət görürük, orada xüsusən də yeni başlayanlar üçün bir sıra dəyərli məsləhətlər var.
Seçdiyiniz bukmeyker heç də həməşə, “əvvəlcədən” rejimində (matçın başlamazdan əvvəl) olduğu kimi “canlı” da oynamaq üçün uyğun olmayacaq: Azərbaycanda fəaliyyət göstərən müxtəlif mərc şirkətlərin veb saytlarında canlı platformalar müvafiq olaraq əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Şəxsi vaxtınıza qənaət etmək istəyənlər üçün Canlı xidmətlərə görə bukmeykerlərin reytinqinə diqqət yetirməyi təklif edirik. Reytinq tərtib edilərkən oyun zamanı mərclərin seçimi, mərclərin qəbulu və hesablanması sürəti, həmçinin canlı yayımların mövcudluğu kimi meyarlar nəzərə alınıb.
Canlı bahis üçün bir bukmeyker seçərkən fərqli oyunçuların fərqli meyarları ən vacib hesab edə biləcəyini nəzərə almağa dəyər: bəziləri üçün bu saytın interfeysi və üzərindəki naviqasiya, kiməsə infoqrafiya və ya canlı yayımın olması lazımdır və kimsə mərclərin qəbul etmə sürətini ön planda qoyur.
Mobil telefonla mərc etmə imkanı
2016-cı ildə analitiklər mobil cihazlardan İnternet trafikinin həcminin “böyük” kompüterləri keçdiyini qeyd etdilər. O vaxtdan bəri insanlar getdikcə daha çox mobil İnternetdən istifadə edirlər və daha az “masaüstü” və bahis həvəskarları istisna deyil.
Azərbaycanda fəaliyyət göstərən hər bir bukmeykerinin saytında mobil cihazlarla mərc etməyi sevənlər üçün etdiyi təkliflər haqqında deyilir. Bütün məlumatları daha sürətli əldə etmək üçün, bu və ya digər bukmeykerin mobil İnternet dövrünə nə qədər hazır olduğunu göstərən xüsusi Legalbet siyahısına baxa bilərsiniz.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bukmeykerlərin böyük əksəriyyəti saytlarını nəinki mobil qurğulara uyğunlaşdırdılar, həm Android cihazı ham də iPhone sahibləri üçün xüsusi proqramlar hazırladılar. Bütün tətbiqləri pulsuz yükləyə bilərsiniz, bunların hər birində bukmeykerdə qeydiyyatdan keçib oyun hesabınızı doldurub, bahislər edə və qazancları çəkə bilərsiniz.
Legalbet siyahısında hər bir məhsulun keyfiyyəti nəzərə alınmır (buna görə bu siyahıdır, reytinq deyil) – bu parametr hər bir oyunçunun öz seçiminə qalır.
Bonuslar
Bukmeyker seçərkən bonusun mövcudluğunun yeni oyunçular üçün əsas meyar ola biləcəyini bilmirik, amma bilirik ki, insanların çoxu bonusları sevir və buna görə də bu parametri materiala daxil edirik.
Azərbaycanda fəaliyyət göstərən bütün bukmeykerlər müştəriləri üçün müxtəlif bonuslar təklif edirlər. Legalbet müntəzəm olaraq Bukmeykerlərin Bonus və Promosiyalar blogunda yeni təklifləri haqqında məlumat yayır: bloga abunə ola bilərsiniz və yeni promosyonlar barədə bildirişlər şəxsi menyunuzun Tədbirlər menyusunda göstəriləcək.
Bukmeyker saytlarında hələ qeydiyyatdan keçməmiş oyunçular üçün, yəni yeni müştərilər üçün Xoş gəlmisiniz bonusu təklif edən Bukmeykerlərin ayrıca siyahısı da mövcuddur. Bu siyahıdakı bonus məbləğinə vuraraq müəyyən bir təklifin təsvirini açacaqsınız.
Hər bir yeni oyunçuya xatırladırıq: xoş gəlmisiniz bonusu almağa razılıq verməzdən əvvəl təklifin ətraflı şərtlərini diqqətlə oxuyun! Bonusların hesablanması tez-tez oyunçu üçün müəyyən öhdəliklərə səbəb olur və bukmeykerə qarşı mümkün iddiaların qarşısını almaq üçün əvvəlcədən bu öhdəliklər barədə məlumat əldə etməlisiniz: bonusun şərtlərini araşdırırıq, onlara hazır olduğumuzu qiymətləndiririk və yalnız bundan sonra təklif olunan aksiyada iştirak edirik.
Bukmeyker seçdikdən sonra yeni oyunçu qaçılmaz olaraq bir bukmeykerdə necə oynamaq lazım olduğunu soruşur. Onların həyatını asanlaşdırmaq üçün Legalbet, hər bir xüsusi onlayn bukmeykerin veb saytında necə oynamaq barədə xüsusi təlimatlar hazırlamışdır. Bütün təlimatlar “Azərbaycanda bahislər” bölməsində yerləşdirilib.
Əlavə olaraq tövsiyə edirik:
- Bukmeykerdə necə qeydiyyatdan keçmək və şəxsiyyəti təsdiqləmək: yeni başlayanlar üçün bələdçi
- Yeni başlayanlar üçün mərc təlimatı