Bukmeykerlərin əmsalları: növləri və hesablama üsulları
Mərclərdə əmsal nədir? Bu, bukmeykerin subyektiv rəyi nəzərə alınmaqla bir hadisənin baş vermə ehtimalının göstərilməsinin ədədi bir formasıdır. Fərqli ölkələr əmsalların müxtəlif formalarından istifadə edir və bunları bilmək pis olmazdır. Hansı növ əmsallar mövcuddur, onlar nə deməkdir və qazancı özünüz necə hesablaya bilərsiniz? Bu məqalədə bunları izah edirik.
Bildiyiniz kimi, müasir bukmeykerlərin əcdadları bir çox əsrlər boyu fəaliyyətlərini demək olar ki, bütün qitələrdə uğurla həyata keçirmişlər və buna görə də çox sayda metodlar mövcuddur. Bununla birlikdə, bu gün praktikada yalnız üç ən məşhur əmsallar növü istifadə olunur: İngilis, Avropalı və Amerikan. Onların oxşarlıqları və fərqləri, eləcə də üstünlükləri və mənfi cəhətləri bu məqalədə müzakirə ediləcəkdir.
İngilis əmsalları
İngiltərənin “sənaye həcmində” bahisləri qəbul etməkdə ixtisaslaşmış müstəqil şirkətlər olaraq bukmeykerlərin doğma məkanı olduğu güman edilir. Bu ölkənin bukmeker dünyasına özünəməxsus əmsal forması verdiyi məntiqlidir. İngilis əmsalları, yerli İngilis qumar müəssisələrin sayəsində bizim dövrümüzdə hələdə populyar olaraq qalır.
Demək olar ki, bütün müasir Britaniya bukmeykerləri, standart olaraq, ingilis əmsallarını istifadə etməyi təklif edirlər. İngilis əmsalları fraksiya qeyd formatına malikdir, məsələn, 20/4. Bu kotirovka xalis qazancın məbləğinin bahisin ölçüsünə nisbətini göstərir. Yəni 4 manatdıq bir şot yazanda xalis qazancınız 20 manat olacaq.
Belə bir əmsalı necə hesablamaq olar? İngilis əmsal 20/4 adi 6.0 əmsalı ilə eynidır. İngilis əmsalını bizim üçün ənənəvi olan onluq formaya çevirmək üçün fraksiyanın ilk rəqəmini ikincisinə bölmək və alınan nəticəyə 1 əlavə etmək lazımdır.
Misal: 20/4 = 20:4 + 1 = 6
Avropa əmsalları
Avropa əmsalları, bukmeyker işinin İngiltərədən qonşu Fransaya və sonra bütün Qərbi Avropaya fırtınalı bir sürətlə yayıldığı vaxt yarandı. Əvvəlcə Qərbi Avropa ölkələrinin ərazisində yalnız Britaniya ofisləri fəaliyyət göstərirdi. Bir müddət sonra, Fransız və Alman bukmeykerləri İngilis müəssisələrinə layiqli rəqiblər olmağa bacardılar.
Yeni ofislərin çoxu, İngilis əmsalının hesablanmasını çox mürəkkəb olduğunu düşündü. Beləliklə, bizim üçün ənənəvi olan Avropa əmsalı (onluq əmsalı) yarandı. Hal-hazırda, Avropa əmsalları dünyada istisnasız bütün bukmeykerlər tərəfindən təklif olunur. Saytların çoxunda bu yeganə əmsal növüdür. Avropa əmsalı onluq şəklində yazılır – 2.0, 4.3 və s.
Avropa əmsalları Azərbaycanda fəaliyyət göstərən bütün onlayn bukmeykerlər tərəfindən istifadə olunur. Bu əmsallar necə hesablanır? Mərcinizin miqdarını (manatla) əmsala vurun, və mərciniz qazansa, bukmeykerin ödəməli olduğu məbləği biləcəksiniz.
Amerikan əmsalları
Ən nadir və anlamaq üçün ən çətin olan ABŞ-ın müstəqilliyini elan etməsindən bir neçə il sonra yaranan Amerikan bukmeyker əmsallarıdır.
Amerika əmsalı yerli qumar müəssisələrində tez bir zamanda kök saldı. Amerikan əmsallarının əsas fərqləndirici xüsusiyyəti rəqəmsal göstərici qarşısında “+” və ya “-” işarəsinin olmasıdır. Bu işarə komandaların hansının favorit olduğunu müəyyən etməyə imkan verir. Favorit komandanın əlaməti “-” işarəsidir.
Bir nümunə istifadə edərək Amerikan əmsallarını izah etməyə və hesablamağa çalışaq. -105 əmsalını götürək. Bu göstərir ki, 100 dollar xalis qazanc əldə etmək üçün 105 dollar pul mərc etməlisiniz. Bu əmsalın Avropa sistemindəki bir analoqu 1.95-dir.
İndi müsbət bir əmsalın bir nümunəsini nəzərdən keçirək. Tutaq ki, +110 əmsala qoymaq istəyirik – bu o deməkdir ki, 110 dollar qazanmaq üçün 100 dollar mərc etmək lazımdır. Budur, Amerika sistemi – mənasız və amansızdır. Xoşbəxtlikdən, bizim dövrümüzdə, yalnız bir neçə bukmeyker bu əmsallardan istifadə edir amma onlar da alternativ olaraq həmişə İngilis və Avropa əmsallarını təklif edir.